23 Sentyabr 2017 22:05
550

Balakən Gömrük İdarəsinin "Məzimçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumaat görə, yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi təqribən 0.3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət