Xəbər verildiyi kimi, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabr ayının 6-da dünyasını dəyişib. Alimin arzuna müvafiq olaraq, onun nəşi dəfn edilmək üçün Azərbaycana gətiriləcək.
Teleqraf.com-un Azərtac-a istinadla xəbərinə görə, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu bu işlə məşğul olan şirkətə istinadən bildirib ki, görkəmli alimin nəşinin Azərbaycana yola salınması gələn həftənin əvvəlində baş tutacaq. Bildirilib ki, Lütfi Zadənin nəşi sentyabr ayının 26-da San Fransiskodan yola salınacaq və onun ayın 29-da Bakıya çatması gözlənilir.