27 Sentyabr 2017 11:45
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kim deyə bilməz ki, hər şey idealdır.

Teleqraf.com xəbər verir ki, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Günü ilə bağlı keçirdiyi mətbuat konfransda deyib.

Nazir bildirib ki, turizm sahəsində bizim problemli, axsayan yerlərimiz var:

"Çəkilən əziyyətlərə baxmayaraq, yay-çimərlik sahəsində xidmətlərin artırılmasında istənilən nəticələrə nail olmaq mümkün olmayıb. Müəyyən yerlərdə alındı, müəyyən yerlərdə baş tutmadı. Son nəticədə biz nümunəvi çimərliklərin yaradılmasına - hansı ki, beynəlxalq təşkilat tərəfindən qəbul olunacaq nəticələrə gəlib çıxa bilmədik".

Nazir qeyd edib ki, yerli icra hakimiyyətləri də bu məsələrlə məşğuldur:

"İnanıram ki, gələn il bu sahədə inkişaf böyük olacaq. Amma insanların sayının çox olmasına baxmayaraq, şükür ki, faciəvi hadisələr çox olmadı".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər