28 Sentyabr 2017 16:38
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “İslam Həmrəyliyi: Azərbaycandan çağırış” mövzusunda tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi mühüm məsələdir: “Bu, sabitliyə hesablanmış addımdır. Dünyada bəzi proseslər baş verir, müharibələr olur. Burada daha çox dinin rolu qabardılır. İslam dünyasının inkişafla ayaqlaşa bilmədiyi, geri qaldığı deyilir.

Azərbaycanın istəyi və məqsədi odur ki, İslam dünyasında sülh olsun, həmrəylik əldə edilsin. Bu, bir missiyadır”.

Gündüz İsmayılov qeyd edib ki, İslam həmrəyliyi ilə bağlı atılan addımlar təkcə ölkə daxilinə deyil, həm də beynəlxalq aləmə hesablanıb: “Hər bir Azərbaycan vətəndaşını bu işdə öz yanımızda görürük”.

QMİ-nin Elmi-Dini Şurasının üzvü, professor Anar İsgəndərov bildirib ki İslam həmrəyliyi ilə bağlı həm Azərbaycanda, həm də ölkədən kənar keçirilən tədbirilərin əhəmiyytəi böyükdür.

Tədbirin sonunda dünya dövlətlərində müsəlmanların sayı və dinin tarixi inkişafı ilə bağlı slayd nümayiş etdirilib.


Müəllif: İlhamə

Oxşar xəbərlər