30 Sentyabr 2017 13:01
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəravtoyol ASC Binəqədi şosesində təmir işlərinin keyfiyyətsiz aparıldığı və ya ümumiyyətlə aparılmadığına dair yayılan xəbərlərə aydınlıq gətirib.

Bu barədə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, son günlər sosial şəbəkələrdə, o cümlədən bəzi xəbər saytlarında Binəqədi şossesində guya təmir işlərinin keyfiyyətsiz aparıldığı və ya ümumiyyətlə aparılmadığı, yolun təmirinə ayrılan pulun mənimsənildiyi, aidiyyəti qurumların vətəndaşları aldatdığı və onların bu problemi üçün heç bir iş görmədiyi üçün yağışlardan sonra yenə həmin yolda problemin yaranması kimi məlumatlar yayılır:

“Bildirmək istəyirik ki, deyilənlər heç bir həqiqəti əks etdirmir. Həmin yol boyu yağış sularının kənarlaşdırılması üçün yeni yağış kollektorunun inşası ilə bağlı Azəravtoyol ASC və Azərsu ASC tərəfindən işlər aparılıb, aidiyyəti qurumlar tərəfindən yeni su və qaz xətləri çəkilib, rabitə və enerji xətləri yoldan kənarlaşdırılıb. Hazırda həmin yağış kollektoruna səth sularının ötürülməsi üçün yol kənarında yağış-kanalizasiya quyularının inşası və kollektora qoşulması işləri görülür.

O yolda səth sularının kənarlaşdırılması üçün sistem ümumiyyətlə olmayıb və yeni yaradılan sistemin qurulması üçün işlər yekunlaşmayıb. Bu işlər yaxın günlərdə yekunlaşdırılacaq”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər