3 Noyabr 2017 13:46
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii və texnogen fəlakətlər kimi qaçılmaz qlobal təhlükələrə qarşı effektiv mübarizə mümkündürsə, Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu sahədə bütün təşəbbüslərə qoşulmağa hazırdır.

Teleqraf.com-un xəbərinə görə, bunu fövqəladə hallar naziri, general - polkovnik Kəmaləddin Heydərov "Xəzər - 2017" beynəlxalq kompleks təlimi ilə bağlı keçirilmiş müşavirədə deyib.

"Bu gün təlimdə nümayiş olunan texnikalar Azərbaycan prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə alınaraq, cəmi 11 il öncə yaradılmış Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilib. Məhz bunların nəticəsində bu illər ərzində baş vermiş təbii fəlakətlərdə heç bir insan itkisi olmayıb. Düzdür, böyük sellər, zəlzələlər nəticəsində ölkədə dağılmış evlər, məhv olmuş ərazilər qeydə alınıb, amma bütün bu texnikaların sayəsində və Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin bilik və bacarıqları hesabına insan tələfatı olmayıb", - deyə nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər