3 Noyabr 2017 15:06
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət təltiflərinə layiq görülən energetiklərə mükafatlar təqdim edilib.

Energetika Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2017-ci il 19 oktyabr tarixli Sərəncamı ilə energetika sahəsində səmərəli fəaliyyətinə görə nazirliyin dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.

Energetika naziri Pərviz Şahbazov energetiklərin əməyini yüksək qiymətləndirən, energetika sektorunun inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə nazirliyin kollektivi adından dərin minnətdarlığını bildirib.

Sonra nazir Energetika Nazirliyinin təltif olunan əməkdaşları - Amil Mürsəliyevi, Akif Əfəndiyevi və Pərviz Qəribzadəni təbrik edərək, medal və vəsiqələri sahiblərinə təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Müəllif: İlhamə