7 Noyabr 2017 17:47
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya kürd referendumuna pozitiv yanaşırdı. Bəlkə də ruslar ABŞ-dan daha yaxşı dost ola bilər.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Şimali İraq Kürd Muxtariyyətinin sabiq rəhbəri Məsud Bərzani ABŞ-ın NRP radiosuna müsahibəsində deyib.

Bərzaninin sözlərinə görə, referendumdan sonra İran tərəfindən dəstəklənən hərbi qüvvələrlə İraq ordusunun ABŞ-dan əldə etdiyi silahlarla kürdlər üçün əhəmiyyətli neft şəhəri olan Kərkükü almasına ABŞ-ın səssiz qalmasından şok keçiriblər:

“Amerika silahları, “Abram” tankları və ABŞ-ın İraq ordusuna İŞİD-lə mübarizə etmək məqsədilə verdiyi silahlardan istifadə olunmaqla Kərkük şəhərini aldılar. Bu silahlardan sadə insanlara qarşı istifadə edilməsinə ABŞ səssiz qaldı. Aydındır ki, bu bizim gözləmədiyimiz bir vəziyyət idi. Odur ki, ABŞ ilə münasibətlərimizi ciddi şəkildə analiz edəcəyimizi deyə bilərəm”.

Rusiyanın məlum referenduma pozitiv baxdığını qeyd edən Bərzani açıq şəkildə bildirib ki, ruslar amerikalılardan daha yaxşı dost ola bilər:

“Kürd döyüşçüləri əslində əmək haqqı almadan həm Əl-Qaidə, həm də İŞİD-lə müharibə apardı”.

Kürd regionunda yaşayanların üzərində 16 oktyabr və ondan sonrakı hadisələrin ciddi təsirinin olacağını deyən Bərzani buna səbəb kimi ABŞ-a olan inamsızlığı göstərib:

“Çünki insanların ABŞ-a olan sevgisi, ümidi və etibarı azaldı. Və hər gün azalmaqda davam edir”.

Məsud Bərzani qeyd edib ki, referendum qərarı və onun nəticələri ilə qürur duyur:

“Sözsüz ki, nəticələrlə qürur duyuram. Kürdüstan xalqına seçkilərə getmə fürsəti verildiyi üçün fəxr edirəm. Hesab edirəm ki, hələ də kürd dövlətinin qurulması qaçılmazdır. Gənc nəslin böyük çoxluğu peşmərgə sıralarına gəlir. Hər birinin müstəqillik üçün çalışacağına inanıram”.


Müəllif: Cavad

Oxşar xəbərlər