Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf.com xәbәr verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon (on milyon bir yüz min) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də tapşırılıb ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.