10:48
Xəstəxanamızda əkiz uşaq dünyaya gəlməyib və ölüm hadisəsi baş verməyib.
Bu sözləri Teleqraf.com-a Aytac adlı qadınının qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlərinin dünyasını dəyişməsi barədə məlumat verərəkən Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildiriblər.
Bununla belə, hansısa ananın hələ də komada olduğunu deyərək, ancaq onun nə səbəbdən komaya düşməsi ilə bağlı həkimdən məlumat almağı məsləhət bildilər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova isə yaxın yarım saatda bu haqda redaksiyamıza rəsmi məlumat veriləcəyini bildirdi.
Qeyd edək ki, Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib. Nəticədə qadın komaya düşüb.
***
Səhiyyə Nazirliyi Abşeron Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı baş vermiş ölümün səbəbini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Masazır qəsəbə sakini 22 yaşlı Aytac Tapdıqova xəstəxanaya gətirilərkən 34 həftəlik hamilə olub: “O, xəstəxanaya güclü qanaxma ilə daxil olub. Döl əkiz olmayıb və gətirilərkən artıq ölü olub. Hazırda Aytac Tapdıqovanın vəziyyəti ağırdır, süni ventilyasiya aparatındadır”.