25 Noyabr 2017 14:29
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərişıq ASC elektrik enerjisinə görə gələn bildirişlərin vaxtının azaldılması üçün Nazirlər Kabinetinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bunu Azərişıq ASC-nin hüquqşünası Venera Əsgərova KİV nümayəndələri üçün təşkil olunan seminarda deyib.

Hüquqşünas qeyd edib ki, bildirişlərin vaxtının azaldılması Nazirlər Kabinetinin qərarından sonra bilinəcək: "Nəzərə alın ki, "Azərişığ"ın da məsul olduğu məqamlar var. Qurum yığımı vaxtında etməlidir ki, ödənişləri də vaxtında təhvil versin. Hazırda həmin vəsaitləri ödəməkdə çətinliklər var. Bunun üçün yığım vaxtında başa çatdırılmalıdır".

Qeyd edək ki, Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli “Elektrik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, istehlakçıya elektrik enerjisinə görə bildiriş təqdim olunandan 1 ay sonra pul ödənilməsə, ona xəbərdarlıq edilməlidir. Borc ödənilməsə, elektrik enerjisi kəsilə bilər.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər