Qazaxıstan Prezidenti Nursultan Nazarbayev azərbaycanlı jurnalist Aida Eyvazovanı medalla təltif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistin özü sosial şəbəkədə yazıb.
Aida Eyvazlı Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafında xidmətlərinə görə “Qazaxıstanın dövlət müstəqilliyinin 25 illiyi” medalına layiq görülüb.
Jurnalist bunu Azərbaycana verilən dəyər kimi qəbul edib: “Türk dünyasının liderindən belə bir mükafat almaq şərəfdir."