6 Dekabr 2017 13:59
1 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan arasındakı iqtisadi və siyasi əməkdaşlığın tarixi yeni deyil. Amma 21-ci əsrin yaşadığımız 17 ilində bu əlaqələr daha da genişlənmiş və inkişaf edib. Belə ki, ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr iqtisadiyyatın ən müxtəlif sahələrində, neft və qeyri-neft sektorunda özünü ehtiva edir. Müvafiq dövlət strukturları arasındakı birgə əməkdaşlıq özəl sektora da öz təsirini göstərib.

Teleqrar.com xəbər verir ki, son illərin statistikasına görə, 3000-dən artıq türk şirkəti ölkəmizdə kənd təsərrüfatı, xidmət, sənaye, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 38%-dən çoxunu türk şirkətləri təşkil edir. Türkiyədə də eyni mənzərə müşahidə olunmaqdadır. 1000-dən çox Azərbaycan şirkəti qardaş ölkənin müxtəlif şəhərlərində uğurla fəaliyyət göstərir. Və bu münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir.

Son illər “Okuklu Holdinq” adlı növbəti bir türk şirkəti qeyd olunan sferada öz töhfəsini verməkdədir. Azərbaycanda uzun illər fəaliyyət göstərən iş adamı Yılmaz Okuklunun rəhbəri olduğu bu şirkətin Rusiya-Türkiyə-Azərbaycan şirkətlərinin müxtəlif layihələrinin gerçəkləşməsində xüsusi payı var. “Okuklu Holdinq”in təşəbbüs və təşkilatçılığı ilə yeni yaradılan Türk Ticaret İnşaat Mərkəzinin də fəaliyyəti dövlətlərin verdiyi imkanlardan yararlanıb istər mədəni, istərsə də iqtisadi əlaqələrin möhkəmlənməsinə yönəlib.

Bu günlərdə Türkiyə prezidentinin qardaş ölkənin İğdır şəhərinə səfəri zamanı Türk Ticarət Inşaat Mərkəzinin təmsilçiləri ilə görüşündə də eyni məsələyə toxunulub.

Belə ki, Türk Ticarət İnşaat Mərkəzinin nümayəndələrinin İğdıra səfəri çərçivəsində İğdır bələdiyyəsində, hakim partiyanın İğdır təşkilatında, Iğdır icra hakimiyyətində keçirilən görüşlərdə iş adamı “Okuklu Holdinq” in rəhbəri Yilmaz Okuklunun təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələrin iki ölkənin ayrı-ayrı rayon və şəhərləri arasında da uğurlu bir körpü rolu oynayacağı bildirilib.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da görüş zamanı qeyd olunanları yüksək qiymətləndirib və bu fəaliyyətin ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsinə töhfələr verəcəyinə inamını vurğulayıb.

Görüşlərdə Türk Ticarət Inşaat Mərkəzinin adından hədiyyələr də təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər