8 Dekabr 2017 01:45
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika çaylarında son 10 gün üzrə sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 100-170, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 171 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 203 m3/s olmaqla ongünlük normanın 129 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 30 m3/s olmaqla, ongünlük normanın 39 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 75 m3/s təşkil edərək ongünlük normanın 98 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda və Bankədə 2 sm azalma, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 m (2016-cı il dekabrın 04-də 461 sm), Şirvanda 229 sm, Salyanda 177 sm (2016-cı il dekabrın 04-də 328 sm), Bankədə 191 sm (2016-cı il dekabrın 04-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2016-cı il dekabrın 04-də 170 sm) təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər