12 Dekabr 2017 09:55
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümummilli lider Heydər Əliyevin Gürcüstanda ucaldılmış abidəsini ziyarət edərkən çəkilmiş fotosunu rəsmi İnstaqram hesabında paylaşıb.

Teleqraf.com xəbər verir ki, fotonu paylaşan Leyla Əliyeva yazıb: “Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi ziyarət olundu”.

Fotoda Leyla Əliyeva ilə yanaşı Heydər Əliyevin digər nəvəsi, Sevil Əliyevanın oğlu, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev də var.

Qeyd edək ki, 12 dekabr Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anım günüdür.


Müəllif: Şəfiqə