12 Dekabr 2017 23:23
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 dekabr tarixə həm də 21 Azər hərəkatı kimi düşüb.

Teleqraf.com xəbər verir ki, bu gün Azərbaycanın güneyində soydaşlarımızın apardığı milli-azadlıq hərəkatının təbii yekunu kimi qiymətləndirilir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələndi. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə tanınmaqdadır.

Güney Azərbaycanda fəaliyyət göstərmiş hökümətdir. Paytaxtı Təbriz şəhəri oldu. Cəmi bir il mövcud olmasına baxmayaraq, Azərbaycan Milli Hökuməti tarixdə ilk dəfə Güney Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi oldu.

Həmin dönəmdə İran mərkəzi höküməti Azərbaycan Milli Höküməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanınmış olsa belə, eyni il içərisində Pəhləvi fars dövləti ordusu Azərbaycana hücum etdi və Milli Hökümət rejimin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı.

Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkü ya qətl edildi, ya da sürgünə göndərildilər.

Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qaldılar. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak oldu. Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olundu, maarif naziri Məhəmməd Biriya sovet siyasi - rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanıldı. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilmiş, ağır mühacirət həyatı yaşamağa məcbur oldular. Lakin onların Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə adlarını tarixə ədəbi olaraq yazdılar. Azərbaycan Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan verdi. Bu gün istər güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətidir.

Bu gün tarixə həm də mərhum prezident Heydər Əliyevin vəfat etdiyi gün kimi düşüb. H.Əliyev Cənubdakı soydaşlarımızın problemlərini daim diqqətdə saxlayıb və Arazın o tayında baş verənlərə xüsusi həssaslıqla yanaşıb.

Teleqraf.com mövzunun aktuallığını nəzərə alaraq tanınmış rejissor və ssenari müəllifi Mehriban Ələkbərzadənin "Cənubi Azərbaycan məsələsi... və Əliyev" sənədli filmini təqdim edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər