13 Dekabr 2017 16:44
883

“E-Pul” elektron ödəmə sistemi qaz və su sayğacları üçün smart-kartların məsafədən yüklənməsi üçün kard-riderlərin satışına başlayıb.

İstifadəçilər üçün iki növ ACR kart-rideri təklif olunur. Onların qiyməti modelindən asılı olaraq 30-35 manat təşkil edir.

Qaz və su smart-kartlarının yüklənməsi “e-pul.az” portalında “Kommunal xidmətlər” bölməsində mümkündür. Kartın balansının yüklənməsi üçün “E-Pul SmartCard” proqramını yükləmək lazımdır./Trend/


Müəllif: Teleqraf.com