Dekabrın 20-si saat 19:00-da Intourist Hotel Baku Autograph Collection-da Lalə Aydəmirovanın sağalmasına dəstək üçün xeyriyyə konserti və auksion keçiriləcək.
Teleqraf.com xəbər verir ki, həkimlər 12 il bundan öncə Lalə Aydəmirovaya polikistoz diaqnozu qoyublar.
Müalicələr kömək etməyib, xanımın hər iki böyrəyi, qara ciyəri və mədəaltı vəzisi də zədələnib. Ona təcili qara ciyər köçürülməlidir.
Əməliyyata və sonrakı bərpa prosesinə 85.000 ABŞ dolları lazımdır. Bu məbləğın bir qismi artıq yığılıb. Pulun qalan qisminin yığılmasına xeyriyyə konsertinə qatılaraq, kömək edə bilərsiz.