Mövcud qanunvericiliyin tələblərinə cavab verməyən 7 dini icma ləğv edilib, 2 dini icma dövlət qeydiyyatına alınıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu komitədə bu gün keçirilən müşavirədə qurumun Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov bildirib.
Qeyd olunub ki, inzibati hüquqi müstəvidə dini qurumların fəaliyyət qaydasının pozulması, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyat satışı ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.