15 Dekabr 2017 20:09
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, idarəetmə məntəqəsi haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb ediləcək şəxsi heyətin yerləşdirilməsi üçün müvafiq infrastruktur yaradılıb.

Real döyüş şəraitinə uyğun inşa edilən təlim sahəsində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarını tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.

Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış memorandum çərçivəsində birgə hazırlanmış müxtəlif döyüş vasitələri və texniki avadanlıqların nümunələri Müdafiə nazirinə təqdim olunub, onların döyüş imkanları nümayiş etdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər