21 Dekabr 2017 17:26
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:41

Bakıda oteldə bədbəxt hadisə baş verib.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki "LUXEN" Plaza otelində baş verib. Binanın fasad hissəsini təmizləyən fəhlə yuxarı mərtəbələrin şüşəsini silərkən təhlükəsizlik kəməri qırılıb və fəhlə yerə yıxılıb. Hadisə nəticəsində fəhlənin iki ayaqları sınıb, müxtəlif bədən xəsarətləri alıb.

Məlumata görə, hadisə yerinə təcili yardım briqadası çağırılsa da, otel rəhbərliyinin göstərişi ilə fəhlə təcili yardım maşını ilə deyil, "BMW" markalı şəxsi avtomobillə hadisə yerindən uzaqlaşdırılıb.

Yaralının hansı tibb mərkəzinə aparıldığı məlum deyil./Trend/

***

"Luxen" Plaza biznes mərkəzində yıxılan fəhlə üçün təcili yardıma çağırış olub.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova deyib.

Onun sözlərinə görə, təcili yardım hadisə yerinə gələrək, yaralını aparmaq istəsə də, etiraz edilib və o, başqa özəl klinikaya aparılıb:

“İmtina ediblər ki, biz təcili yardımla getmirik. Özümüz aparırıq”.

Qeyd edək ki, paytaxtın Nərimanov rayonu ərazisindəki "Luxen" Plaza biznes mərkəzində Binanın fasad hissəsini təmizləyən fəhlə yuxarı mərtəbələrin şüşəsini silərkən təhlükəsizlik kəməri qırılıb və yerə yıxılıb. Hadisə nəticəsində fəhlənin iki ayağı sınıb, müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, fəhlə təcili yardım maşını ilə deyil, BMV markalı şəxsi avtomobillə hadisə yerindən uzaqlaşdırılıb.


Müəllif: Şəfiqə Nazimqızı