22 Dekabr 2017 18:01
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlki illə müqayisədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına 30 faiz çox xəstə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasının müalicə işləri üzrə direktor müavini, baş həkim Rauf Ağayev klinikanın illik hesabat tədbirində deyib.

Onun sözlərinə görə, 2016-cı il illə bu ilin yekunlarını müqayisə etdikdə klinikada bir çox göstəricilər üzrə müsbət tendensiya müşahidə olunub:

“Təəssüf ki, bu müddət ərzində xəstələrin sayı artıb. Biz insanların öz sağlamlığını daha yaxşı qorumasını istəyirik. Əvvəlki illə müqayisədə klinikaya 30 faiz çox xəstə müraciət edib. Biz xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərməyə çalışmışıq. Ötən ilə nəzərən bu il keçirilən cərrahiyyə əməliyyatlarının sayı 40 faiz, stasionar yatış olan xəstələrin sayı 70 faizə qədər artıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər