15 günlük körpənin anası haqqında yazılan və deyilənlər yalandır.
Bunu Teleqraf.com-a açıqlamasında Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Vasif Akifli deyib.
Onun sözlərinə görə, ana övladını atmaq istəməyib:
"Mətbuat və ictimaiyyətin müzakirəsinə çevrilmiş “15 günlük atılan” uşağın anasının Azərbaycan Uşaqlar Birliyinə müraciəti əsasında Azərbaycan Uşaqlar Birliyinin Sədri Kəmalə Ağazadə və mən Qubaya yollandıq. Əslində, məsələ heç də sosial şəbəkələrdə və xəbər saytlarında yazıldığı kimi deyil. 15 günlük körpənin anası haqqında yazılan və deyilənlər yalandır. Ana övladını nə atmaq, nə boğaraq öldürmək, nə də kiməsə vermək istəyib, istəmir də. Ana ilə görüşdük və hadisə ilə bağlı ana ilə bərabər Quba rayon Polis Şöbəsinə müraciət etdik. İlk olaraq Quba RPŞ-nin rəhbəriliyinin göstərişi ilə ananının itirilmiş şəxssiyət vəsiqəsi yenisi ilə təmin edildi. Uşaq saxlanılması üçün verildiyi dayədən alınıb, müayinə və müalicə üçün Quba Mərkəzi Xəstəxanasına yönləndirilib. Uşağın səhətində olan problemlərə görə, orda saxlanılması və mülaicə alması üçün tədbirlər görülüb. Müayinə və müalicə müddəti başa çatdıqdan sonra ana övladı ilə birlikdə rəsmi olaraq Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya mərkəzinə yerləşdirlib hüququi və psixoloji reblitasiyaya cəlb ediləcək".
Vasif Akifli qeyd edib ki, ana qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirdiyinə görə öz ailəsi tərfindən qəbul edilməyib:
"Bu səbəbdən ana və uşaq 24 saat təhlükəsiz sığınacaqla təmin ediləcəklər".
Qeyd edək ki, sosial şəbəkələrdə və saytlarda ananın 15 günlük körpəsini atdığı və qəbul etmək istəmədiyi xəbəri yayılmışdı.