26 Dekabr 2017 20:59
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 30-da saat 11.00-da Naxçıvan şəhərində Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası çağırılıb.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq qərar imzalayıb.

Sessiyanın gündəliyinə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi, o cümlədən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı daxil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər