Dekabrın 29-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstandan Azərbaycan üzərindən tranzitlə öz ölkəsinə qayıdan Rumıniyanın Milli Müdafiə naziri cənab Mihai-Viorel Fifor ilə görüşüb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, işçi nahar zamanı keçirilən görüşdə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.