Təmir işləri ilə əlaqədar bu gündən etibarən Binəqədi rayonu Məsud Davudoğlu küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Küçə ilə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə saxlanılacaq.
Sözügedən ərazidə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.