Bu gün Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür.
Teleqraf.com xəbər verir ki, qrossmeyster 2014-ci il yanvarın 11-də beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.
Qeyd edək ki, Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub.
2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanan qrossmeyster 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.