Bakıda və bölgələrdə hava şəraitinin yaxın 2-3 gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var:
“Paytaxtda və bölgələrdə 18-19 yanvar tarixlərində əsasən, cənub-qərb küləklərinin üstünlüyü müşahidə olunacaq. Ayın 20-dən etibarən isə cənub-qərb küləyi öz yerini arabir güclənən şimal küləyi ilə əvəz edəcək”.
Qeyd edək ki, Türkiyə Meteorologiya Baş İdarəsi bütün dənizlərdə fırtına gözləndiyini bildirib. Mərmərə dənizində bu gün axşam saatlarından etibarən küləyin qərb və cənub-qərb küləyinin 50-75 kilometr/saat, gecə isə 90 kilometr/saat sürətə qədər qalxacağı gözlənilir.