28 Yanvar 2018 13:55
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cocuq Mərcanlı kəndində tikilmiş yeni evlər stasionar telefon xidməti ilə təmin olunub.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

Onun sözlərinə görə, telefon rabitəsi yaxın zamanlarda evlərdə işə salınacaq.

Kənd ərazisində telekommunikasiya infrastrukturunun yaradılması üzrə əsas işlər başa çatdırılıb.

K.Həsənov bildirib ki, kənddə internet və mobil rabitə xidmətləri də təşkil edilib.

Qeyd edək ki, Cocuq Mərcanlıda kabel-kanalizasiya qurğuları, lokal şəbəkə infrastrukturu yaradılıb, ATS işə salınıb. Kənd ərazisində 10 kilometrə yaxın optik xətt çəkilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər