Rumıniyanın enerji nazirinin müavini İulian Tudoraçe azərbaycanlı gənc Həmzə Kərimovun uğurlarından danışıb.
Teleqraf.com xəbər verir ki, İ.Tudoraçe Azərbaycan və Rumıniya arasında strateji əməkdaşlığın iki ölkənin müvafiq enerji şirkətləri arasında mövcud əlaqələri zənginləşdirdiyini bildirib.
“2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniya filialını açıb. Filiala Rumıniyanın qabaqcıl bir universitetinin parlaq məzunu olan cənab Həmzə Kərimov rəhbərlik edir. O vaxtdan bəri SOCAR Rumıniya 100 yanacaqdoldurma məntəqəsi açmaq üçün daha geniş və iddialı bir plan çərçivəsində ölkəmizdə 39 yanacaqdoldurma məntəqəsini açdı. SOCAR Rumıniya paylama stansiyalarının mövcudluğu Rumıniyada müasir və rəqabətədavamlı enerji bazarının inkişafına kömək edir. Azərbaycan tərəfdaşlarımızla birlikdə inkişaf etdiyimiz digər bir layihə AGRI LNG-dir. Rumıniya tərəfi texniki-iqtisadi əsaslandırmayı tamamladı və biz tərəfdaşlarımızla birgə Layihə Şirkətini Layihənin İnkişafı Şirkətinə çevrilmə imkanını birgə qiymətləndirmə prosesində qaldıq. ARDNŞ və TRANSGAZ (2016-cı ildə ARDNŞ - Nəqliyyat sistemi operatorları - Azərbaycan və Rumıniya) arasında təbii qaz nəqli üçün 2016-cı ildə imzalanmış Anlaşma Memorandumundan da danışmaq istərdim. Enerji sahəsində ikitərəfli əməkdaşlığımızın əsas elementi Cənub qaz dəhlizinin və onun Dikey Dəhliz ilə əlaqəsinin inkişafıdır. Bu Rumıniya üçün Azərbaycandan qaz idxal etmək perspektivini açacaq”, - deyə İ.Tudoraçe vurğulayıb.
Qeyd edək ki, H.Kərimov SOCAR-ın Rumıniya filialına rəhbər təyin olunandan sonra bu ölkədə “SOCAR brendi” adı altında yanacaqdoldurma məntəqələrinin fəaliyyəti genişlənib. H.Kərimov həmçinin ötən ilin 20 fevralında Rumıniya Cüdo Federasiyasının vitse-prezidenti seçilib.