Bəzi marşrut xətlərinin istiqaməti müvəqqəti olaraq dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Sabahdan etibarən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.
Dəyişikliyə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.