26 Fevral 2018 17:35
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində baş vermiş hadisələr barədə ətraflı məlumat verib, törədilən soyqırımının daim təbliğ edilməsinin və beynəlxalq ictimaiyyətə tanıdılmasının əhəmiyyətini qeyd edib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının hüquqlarının müdafiəsi məsələsinə də toxunulub, vəkillər tərəfindən bu şəxslərə əvəzsiz hüquqi yardım göstərilməsi təklif olunub.

Tədbirdə Xocalı faciəsi ilə bağlı qısa film nümayiş etdirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər