1 mart tarixi mənim üçün özəl gündür, 6 il öncə, yəni 2012-ci ildə ilk sığorta müqaviləsini bağlamışam.
Teleqraf.com xəbər verir ki, bu sözləri sığorta mütəxəssisi Nicat Əlibəyli bildirib.
Onun sözlərinə görə, ölkədə Azərbaycan Sığorta Peşəkarları Assosiasiyası və ya sığortaçıların həmkarlar birliyinin yaradılmasını istəyir: “Bu istiqamətdə müəyyən işlərə başlamışam. Hətta sığorta işçilərinin, sığorta peşəkarlarının peşə bayramı gününün olmasını da istəyirəm.
Demək olar ki, hər sahənin özəl bir günü var. Niyə Sığorta Peşəkarları Günü olmasın? Bu məsələ ilə bağlı lazımi dövlət qurumuna müraciət ünvanlamışam. Müsbət qarşlnacağına inanıram. Hesab edirəm ki, 365 günün 1 günü mütləq sığorta işçilərinə şamil edilməlidir”.