Müsavat Partiyasının lideri Qəmbər Ankarada Hacettəpə xəstəxanısında müayinədən keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə onunla birgə Türkiyəyə getmiş Müsavat başqanı Arif Hacılı "Bastainfo"ya məlumat verib.
O, İ.Qəmbərin Hacettəpə xəstəxanasında ətraflı tibbi müayinədən keçdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl İsa Qəmbər Bakıda Mərkəzi Klinik Xəstəxanasında ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı prosedurlardan keçib.