1 Mart 2018 21:44
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə hər olunmuş tədbir keçirilib.

FHN-dən Teleqraf.com-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Akademiyanın rəis müavini, polkovnik Aslan Hüseynov Mülki Müdafiə Gününün yaranma tarixi, onun məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. A.Hüseynov ölkəmizdə əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb, Fövqəladə Hallar Nazirliyinin bu sahədəki rolundan söz açıb.

Tədbirdə FHN-in regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsində sektor müdiri Cabir Həsənov Azərbaycan Respublikasında Mülki Müdafiə sisteminin yaranması, vəzifələri və bu sahədə görülmüş işlərdən danışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər