“Layf Centr” də fəaliyyət göstərən "Nə alsan 1 manat” mağazalar şəbəkəsində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə bu gün baş verib.
Alış-veriş edən ana və qızları xeyli sayda məhsulu çantalarına yığaraq, özləri ilə aparmaq. Ancaq onlar mağazanın təhlükəsizlik kameralarında görüntülənib və qapıdaca saxlanılıblar. Satıcı hadisə yerinə polis çağırıb. Oğurluq edənlər polis bölməsinə aparılıb.
Hadisəni əks etdirən görüntülər mağazanın İnstaqram hesabında yerləşdirilib.