Monteneqro parlamentinin sədri İvan Brayoviç martın 12-də Azərbaycana rəsmi səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.