22 Mart 2018 23:53
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar sabahdan trekin bəzi hissələrində asfalt örtüyündə təmir-bərpa işlərinə start veriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Teleqraf.com-a verilən məlumata görə, təmir-bərpa işlərinə martın 23-ü saat 06:00-da başlanılacaq və proses martın 25-i gecə saatlarınadək davam edəcək.

Trekin asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərin qısa müddət ərzində başa çatdırılması üçün bəzi hissələrdə nəqliyyatın hərəkəti tam, bəzi yerlərdə isə qismən məhdudlaşdırılacaq. Puşkin küçəsinin Xəqani küçəsi ilə olan kəsişməsi və bu kəsişmədən etibarən Üzeyir Hacıbəyov küçəsindədək olan hissə nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Həmçinin bu tarixlərdə Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Puşkin küçəsinin yeraltı avtodayanacağın çıxış qapısının olduğu hissəsində, Xəqani küçəsinin Xalq Bankın qarşısındakı hissəsində, Zərifə Əliyeva ilə Səməd Vurğun küçələrinin kəsişməsinin Dəniz Akademiyasının qarşısına düşən hissəsində və Zərifə Əliyeva küçəsinin Muzey Mərkəzinin arxasına düşən hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.


Müəllif: Nərgiz

Oxşar xəbərlər