Türkiyə Milli Təhlükəsizlik Şurası Suriyanın Menbiç şəhərilə bağlı qərarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasından sonra qurum Menbiçlə bağlı aparılan müzakirənin nəticəsini açıqlayıb.
"Əgər terrorçular Menbiçdən uzaqlaşdırılmasa Türkiyə hərəkətə keçəcək. Fərat çayının qərbinə sığınan terrorçularla bağlı da Türkiyə eyni addımı atacaq. İraq dövləti Sincar və Kandildəki terrorçuların fəaliyyətini əngəlləməlidir. Əks təqdirdə bunu Türkiyə etməli olacaq", deyə Milli Təhlükəsizlik Şurasının qərarında bildirilir.