Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən ötən il təyinatından asılı olmayaraq, fiziki və hüquqi şəxslər tərəfindən tikilən 2035 obyektdə yoxlama aparıb.
Yoxlama zamanı tikinti norma və tələblərinə, layihəyə uyğunluğuna, təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə əməl olunması araşdırılıb.
Yoxlama nəticəsində aşkar olunmuş nöqsanların tikinti işlərini dayandırmadan aradan qaldırılması üçün icrası məcburi olan 11 göstəriş verilib.
Eyni zamanda, "Tikinti işlərinin dayandırılması qaydası"na əsasən, tikinti işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması üçün 809 ədəd tikinti obyektində tikintinin dayandırılması barədə qərar qəbul olunub./Trend/