2 Aprel 2018 01:13
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq çəki yaradan yeməklərlə qidalanmaq, hərəkətsiz həyat, tənbəllik kimi səbəblər insanda köklüyün yaranmasına səbəb olur.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, köklüyün gətirdiyi ən böyük təhlükə bu xəstəliyin səbəb olduğu sağlamlıq problemləridir. Bu baxımdan artıq çəkisi olanlar üçün bu məsələ son dərəcədə həlli vacib olan məsələ hesab olunur. Artıq çəkidən xilas olmaq üçün əsas faktorlardan biri nizamlı olaraq idmanla məşğul olmaq və sağlam qidalanmaqdır.

İdman növlərinin içərisində fitnesslə məşğul olanlar lazımı prosedurlarla bərabər bu problemi təbii üsullarla da həll edə bilərlər. Bu idman növünün piylərin əriməsinə və artıq çəkidən azad olmağa kömək etdiyi də xüsusi qeyd olunub.

Qaçış, velosiped sürmə və s. trenajorlar insanın sağlam və gümrah olmasına şərait yaradır. Xüsusilə qaçışın baldırların tonusunu qaldırmağa kömək etdiyi bir sıra mütəxəssislər tərəfindən bildirilib.

Aparılan müşahidələr göstərib ki, müəyyən fasilələrlə idman edən insanlar fasiləsiz məşqdə olanlara nisbətən daha tez lazımı nəticə əldə edirlər. İstirahət bədənin gücünü və əzələləri bərpa edir. Həftədə ən azı iki dəfə istirahət etmək məsləhət görülür.

Çünki bu yolla bədəninin idman hərəkətlərinə yararlılığını artırmaq olar. Bu işdə informasiya və bilikli olmaqda tələb olunur.


Müəllif: Sara

Oxşar xəbərlər