3 Aprel 2018 17:04
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun 52 nəfər sülhməramlısı aprelin 3-də plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər