Hazırda vəziyyətim yaxşıdır.
Bunu Teleqraf.com-a açıqlamasında ad günündə bıçaqlanan boksçu Tamerlan Abdullayev deyib.
Boksçu bildirib ki, əməliyyat olunub: “Hər şey yaxşıdır. Özümü yaxşı hiss edirəm”.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Abdullayev Tamerlan öz doğum gününü qeyd etdikdən sonra restorandan bayıra çıxarılaraq bıçaqlanıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Boksçu IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları üzrə 69 kq. çəki dərəcəsində gümüş medal qazanıb. O, 2013-cü il boks üzrə Avropa çempionatında 1/4 finala çıxıb. 2013-cü ildə isə 69 kq. çəki dərəcəsində boks üzrə ölkə çempionu adına layiq görülüb.