10 Aprel 2018 12:27
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parklanma yerləri ilə bağlı dezinformasiyalar yayılmaqdadır. Guya parkomatlar ləğv olunur. Belə deyil, belə ola da bilməz.Teleqraf.com xəbər verir ki, bunu “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" Qanunun 53-cü, İnzibati Xətalar Məcəlləsinin 127-2-ci maddəsi parklanma yerlərindən istifadə qaydaları və bu qaydaları pozanların cərimələnməsi yollarını müəyyən edir: “Qanunun tələbinə əsasən, parklanma yerlərində DYP-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunan foto və video qeydiyyat funksiyalı xüsusi texniki vasitə olmalıdır.

Həmin vasitə avtomobilin parklanma yerinə gəlmə vaxtını, onun nömrəsini, ödəniş edilib-edilmədiyini, orada qalma müddətini qeydə alıb real vaxt rejimində (onlayn) DYP-yə ötürməlidir.

Hazırda Bakının bəzi parklanma yerlərində nəzarətçilərin əlindəki qurğunun nə DYP-yə inteqrasiyası, nə də qeyd olunan funksiyaların hamısı var... Deməli, bu qurğular və onlardan istifadə qanunvericiliyin tələbinə uyğun deyil”.

Ərşad Hüseynov qeyd edib ki, parklanma yerlərində belə tələblərə cavab verən parkomat və ya başqa qurğu olsa da, onların hazırda qanunda göstərilən qaydada tətbiqi mümkün deyil. Səbəblər isə aşağıdakılardır:

1. Nazirlər Kabineti parklanma yerlərinin təşkili və istifadəsi qaydalarını, eləcə də parklanma yerlərinin siyahısını müəyyən etməlidir (bunlar hələ müəyyən edilməyib).

2. Nazirlər Kabineti (və ya Tarif Şurası) parklanma yerlərindən istifadə haqqını müəyyən etməlidir (buda müəyyən edilməyib).

3. Nazirlər Kabineti parklanma yerləri yaxınlığında yaşayan sakinlər üçün ödənişsiz parklanma talonunun verilməsi qaydalarını müəyyən etməlidir (bu da yoxdur).

4. Ən başlıcası, 2 aprel 2018-ci il Fərmanına əsasən Bakıdakı bütün parklanma təsərrüfatı 2 ay müddətində Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir. Məncə, bu təhvil-təslim başa çatdırılanadək parklanma yerləri ilə bağlı hər hansı bir yenilik olmayacaq.

Beləliklə, parklanma yerləri ilə bağlı yayılan bütün məlumatlar, xüsusən parkomatların ləğv edilməsi, yeni cərimələr və sair haqqında söhbətlər qanunvericiliyə uyğun deyil və əsassızdır”.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, parkomatların ləğvi səlahiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinə aiddir.

Qeyd edək ki, yayılan mılumatlara görə, Bakıda müvəqqəti saxlama dayanacaqlarında yeni sistemin tətbiqinə başlanılıb. Bu gündən etibarən bütün patkomatlar ləğv edilir.

Bundan sonra avtomobili park edərkən sürücü ödənişi parkomatlara deyil, parklanma nəzarətçilərinə edəcək. Parkinq nəzarətçiləri balaca elektron cihazlarla parklanan avtomobili qeyd edəcək. Nəzarətçilər ödənişi qəbul etmək üçün artıq yeni cihazlarla təchiz olunublar.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər