14 Aprel 2018 14:24
2 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayıl ərazisində baş verən sürüşmə prosesinin Teleqülləyə, "Alov qüllələri" kompleksinə və Şəhidlər Xiyabanının yerləşdiyi əraziyə heç bir təsiri yoxdur, yəni bu sürüşmə sahəsi qeyd olunan ərazilərdə prosesin dinamikasında aktivlik yarada bilməz.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, Bayıl sürüşmə sahəsində monitorinq işləri davam etdirilir, bununla bərabər geoloji kəşfiyyat işləri, buruq-qazma işləri həyata keçirilir. Son məlumata görə, prosesin dinamikasında aktivlik qeydə alınmayıb: "Araşdırma işlərinin sonunda hesabat tərtib olunacaq, prosesin baş vermə səbəbləri və görülə biləcək tədbirlər haqqında məlumat veriləcək".

Rafiq Həsənov deyb ki, aparılan işlər bu ilin avqust ayına qədər davam edəcək: "Bu ərazidəki sürüşmənin səbəbi də digər sürüşmə sahələrindən fərqli deyil. Proses həm təbii, həm də texnogen amillərin təsirindən baş verib. Təbii amil kimi ərzinin yüksək mailli yamac olması və atmosfer yağıntılarını göstərmək olar. Texnogen amillərə gəlincə, yamacın aşağı hissəsinin şaquli kəsilərək orada müxtəlif tikililərin həyata keçirilməsidir ki, bu da yamacın dayanıqlığının zəifləməsinə və son nəticədə prosesin dinamikasına təsir göstərir". (Report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər