16 Aprel 2018 17:53
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayıl yamacında sürüşmə zonasında yerləşən altı fərdi yaşayış evinin sahiblərinə birdəfəlik maddi yardım veriləcək.

Bunu Teleqraf.com-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, sürüşmə zonasındakı dörd ev tam sökülür: “Yaşaylış evlərinin sahiblərinə evin hər kvadratmetri üçün 700 manat ödəniləcək. Bundan başqa yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat vəsait ayrılması Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunub”.

İsrafil Kərimov qeyd edib ki, bu gündən artıq sakinlərin bank hesablarına pullar köçürülüb.

Qeyd edək ki, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə fevral 10-da lokal torpaq sürüşməsi baş verib. Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən sürüşmə ərazisində evlərinə ziyan dəyən 98 ailəyə 11 aylıq kirayə pulu ödənilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər