Yazda mövsümlə bağlı uşaqlar arasında allergik problemlər kəskinləşir və tezləşir.
Teleqraf.com xəbər verir ki, bu sözləri həkim pediatr Vaqif Qarayev deyib.
Onun sözlərinə görə, allergiyanın müxtəlif formalarından əziyyət çəkən uşaqlar həkimə (pediatr,allerqoloq) müraciət etməlidir: "Qabaqlayıcı tədbirlər görülməlidir. Qida allergenləri isə ilin bütün fəsillərində aktuallığını saxlayır. Marketlərdə satılan şirniyyat-kulinariya məmulatlarından uzaq olmaq lazımdır.
Məktəb bufetlərindən də az istifadə olunsa yaxşıdır. Bəzi məktəblərdə bütün ilboyu ad günü mərasimləri keçirilir. Az qala qanun kimi qəbul ediblər. Orda paylanan tortlardan da allergik reaksiyalar olur. Başqasının uşağını tort yeməyə məcbur etmək olmaz. Məsələnin mənəvi-psixoloji tərəfləri ilə məktəb rəhbərliyi məşğul olmalıdır. Tibbi tərəflərini mütəmadi işıqlandırırıq. Valideynlər gözüaçıq olsalar yaxşıdır".