Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) “Beer Kode” kafesindəki musiqi səs-küyü ilə bağlı araşdırma aparıb.
ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən “Beer Kode” kafesindəki musiqi səs-küyü ilə bağlı nazirliyə daxil olan şikayət mütəxəssisləri tərəfindən yerində araşdırılıb.
Kafedə aparılan ölçmə işləri nəticəsində səs-küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.
Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib.