5 İyun 2018 17:24
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər