Tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu kitabxanasını universitet rektorlarından birinə hədiyyə edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, naşir bu barədə özünün Feysbuk səhifəsində məlumat paylaşıb.
Lakin Şahbaz Xuduoğlu hədiyyə müqabilində şərtinin olduğunu qeyd edib: “Kitabxanamı istənilən universitet rektoruna hədiyyə etməyə hazıram. Şərtim sadədir, tələbələrə otağındakı kitabxanadan faydalanmağa şərait yaratsın”.